Bütün yazılar Fikrini bildir
✈️ Öyrənmə yolu

Yemədiyim ən dadlı fəsəli

10 Avqust 2026 2 dəq mütaliə Rəvanə Asiman

Yenə səhər saatları idi və mən “ikigai”yə bənzər bir səs ilə yuxudan oyanmışdım. Adətən hər səhər mədəmə bir dad düşür və onun eşqi ilə yuxudan oyanıram. Yataqdan qalxmaq üçün bir çox səbəbim olsa da, yemək eşqim bunu daha tez edir. Bu dəfə də elə oldu. Əl-üzümü yuyana qədər gözlərimdə fəsəli şəkli ilə yeriyirdim. Mədəm könlümə, könlüm isə beynimə bir ultimatum göndərmişdi:

“Rəvanə, bu gün o fəsəlini yeməlisən!”

Axı mən ən dadlı fəsəlini kənddə yemişdim. Bu gün isə kəndə gedə bilməzdim. Fəqət artıq o ultimatuma boyun əymişdim, mütləq yeyəcəkdim. Anama zəng etdim, ona fəsəli istədiyimi, təəssüflə kəndə gedə bilməyəcəyimi deyəndə o həmişəki kimi çox sadə həll tapdı.

“Analar ən güclü riyaziyyatçılardır, hər halda. Həll edə bilmədikləri məsələ yoxdur”, — deyə düşündüm.
Onun mənə tapdığı həll çox sadə idi.

“Fəsəli bişirmək çox asandır, bir-iki inqrediyentlə hazırlanır”, — demişdi.

Mən isə həmişə fəsəlinin hazırlanmağının çox çətin olduğunu düşünmüşdüm. Anamla danışdıqdan 10 dəqiqə sonra artıq mətbəxdə fəsəli hazırlamağa başlamışdım. Çox asan idi. İsti-isti yemək lap ləzzətli bir an imiş. O gün yediyim fəsəli indiyədək yediyim ən dadlı fəsəli idi.

Fəsəlini yedikdən sonra boş qaba zillənən gözümdən nələr-nələr keçdi... Bəlkə də, çətin olduğunu zənn edərək nə qədər dadlardan, xatirələrdən, duyğulardan, yollardan məhrum olmuşdum...

Digər yazılar
WhatsApp-da paylaş