Azərbaycan dili müəllimi və mentor

Azərbaycan dili, özünü ifadə və öyrənmə yolu

Skool icması: Rəvanə Asiman 👣

Öyrənməyi, öyrətməyi, mütaliəni, araşdırmağı, dili və yaşamağı sevən insanların məkanı📍

İcmaya qoşul
Rəvanə Asiman — Azərbaycan dili müəllimi və mentor

“Azərbaycan dilində özünü ifadə bacarığını birlikdə inkişaf etdirək”

Rəvanə Asiman
Rəvanə Asiman haqqında
Tanış olaq 💌

Rəvanə Asiman kimdir?

Öyrənməyi, öyrətməyi, mütaliəni, araşdırmağı, dili və yaşamağı sevən bir insanam.

2017-ci ildən bəri Azərbaycan dili və ədəbiyyat müəllimi, təlimçi, mentor və layihə koordinatoru kimi çalışaraq öyrənmə prosesini sistemləşdirmə və fərdi inkişaf mövzularında zəngin təcrübə toplamışam.

Xidmətlər

Fərdi xidmətlər və mentorluq

Azərbaycan dilində özünü ifadə və öyrənmə yolunda çətinlik çəkənlər üçün problemə kənardan baxmaq, kök səbəbi görmək və davamlı sistemi qurmaq məqsədilə fərdi bələdçilik proqramları.

Fərdi görüş 40 – 60 dəq

Fərdi konsultasiya

Azərbaycan dilində özünü ifadə və öyrənmə yolunda çətinlik çəkənlər üçün problemə kənardan baxmaq, kök səbəbi görmək və növbəti addımı aydınlaşdırmaq.

Kimlər üçündür?

  • Azərbaycan dilində nitqini analiz edib inkişaf etdirmək istəyənlər
  • Özünü ifadə etməkdə çətinlik çəkənlər
  • Vərdişlərini formalaşdırmaq, gündəlik həyatını sistemə salmaq istəyənlər
  • İmtahana hazırlaşarkən plan, fokus və davamlılıq problemi yaşayanlar
  • Öyrənmə prosesində sistem qura bilməyən, başlayıb yarımçıq qoyanlar
Ödənişsiz xidmətlər

Video dərslər və öyrənmə kursları

Azərbaycan dili fənni çətin deyil — ona fənn kimi yox, ruhumuzun mirası kimi baxanda, doğru metodlarla sevərək öyrənmək mümkündür.

📺 YouTube video kursu

Azərbaycan dili dərsləri — addım-addım

Azərbaycan dilinin qramatikasını addım-addım birlikdə öyrənək.

Mənimlə öyrən videoları

Mənimlə öyrən | Study with me ⏰

Real öyrənmə vaxtları, səssiz çalışma blokları və Pomodoro seansları ilə birlikdə fokuslanırıq.

Bloq və düşüncələr

Yazılar və düşüncələr

“Bəzi mövzular var ki, onları gərək sən yazasan, o mövzuları axtaranlar isə tapıb oxusunlar...”

Əlaqə

Xidmətlər, əməkdaşlıq, suallar, fikirlər üçün