Bütün yazılar Fikrini bildir
Sənin gizli mesajın
👣 Özünü ifadə

Sənin gizli mesajın

10 Avqust 2026 2 dəq mütaliə Rəvanə Asiman


Təsəvvür et ki, bir nəfər hər gün insanlara sənin haqqında gizli mesaj göndərir. Bu mesaj təfsilatlı formada yazılır və sənin haqqında hərtərəfli məlumat verir. Bəzən özünə inamın, bəzən qorxuların, bəzən səni əsəbiləşdirən məqamlar, bəzən sevdiklərin, bəzən üslubun, bəzən imicin, bəzən emosional zəkan, bəzən ağlın, bəzən isə necə insan olduğun haqqında bütün məlumatları ötürür. 💬

Sənə bir neçə xəbərim var... 🗞️

Birinci xəbər odur ki, o gizli mesajı ötürən sənin həyatında da var.

İkinci xəbər odur ki, onun adı özünü ifadə bacarığıdır.

Ən gözəl xəbər isə budur ki, sən artıq onun varlığından xəbərdarsan. İnsanlarda özün haqqında hansı təəssüratı formalaşdırmaq istəyirsənsə, özünü də məhz o cür ifadə edə bilərsən.

Bunun üçün özünə bu sualı tez-tez ver:

"Mən hazırda bu sözümlə, bu tərzimlə, bu hərəkətimlə insanlara hansı mesajı ötürürəm?" 💌

Digər yazılar
WhatsApp-da paylaş