Bir dəfə müəllimim belə bir cümlə işlətmişdi: “İnsan elə yeriməlidir ki, özü öz yerişindən zövq ala bilsin.”
Bir cümlə ilə yaşamağın sənət olduğunu ifadə etmişdi.
Biz hər gün öz əsərimizi yaradırıq. Səsimizlə, yerişimizlə, baxışımızla, hərəkətlərimizlə, sözlərimizlə, fikirlərimizlə, xəyallarımızla…
Ən maraqlısı da odur ki, sənət əsəri özümüzük. Dünya adlı muzeydə isə hər an bizə tamaşa edən insanlar var…