Bütün yazılar Fikrini bildir
Özünü ifadəni inkişaf etdirmək üçün birinci kitab
👣 Özünü ifadə

Özünü ifadəni inkişaf etdirmək üçün birinci kitab

10 Avqust 2026 2 dəq mütaliə Rəvanə Asiman


Özünü ifadə özünü, qəlbi, zehni, ruhu tanımaqdan keçir. Ancaq özünü, əsl kimliyini tanıyan, öz və özü kimi tanıdığı maskaları söküb atan şəxslər bu bacarığın gətirdiyi rahatlığı, firavanlığı hiss edə bilərlər.

Zehində çoxlu səslər, saysız-hesabsız dialoqlar var. Bəziləri həqiqi özünün səsləri, bəziləri bizi tərbiyə edənlərdən gördüklərimizi alıb mənimsədiklərimiz, bəziləri isə qorxulara qarşı yaratdığımız qalxanlardır. O səsləri fərqləndirə bilmədiyimiz üçün münaqişələr, umu-küsülər, anlaşılmazlıqlar, hətta cinayətlər baş verir.

Bəs necə edək ki, zehnimizdəki o səsləri fərqləndirək, zehnimizi tərbiyə edək və əsil özümüzlə tanış olaq?

Berrak Yurdakulun "Ev yapımı bir paraşüt" kitabı bu sualların cavabını özündə toplayıb. Bu kitab sizi öz zehninizlə görüşə çağıracaq və özünü ifadə bacarığınızı inkişaf etdirəcəkdir.

Xoş mütaliələr!

Digər yazılar
WhatsApp-da paylaş