Bütün yazılar Fikrini bildir
Özünü ifadə bacarığı nədir?
👣 Özünü ifadə

Özünü ifadə bacarığı nədir?

10 Avqust 2026 2 dəq mütaliə Rəvanə Asiman


"Bir mən vardır məndə, məndən içəri."

Yunus Əmrə

Özünü ifadə daxildəki "mən"i dünya ilə tanış etmək bacarığıdır.

Özünü ifadə öz təbiətini olduğu kimi qəbul etmək, onu dəyişdirmədən, gizlətmədən və utanmadan ortaya qoya bilməkdir.

Özünü ifadə günəş kimi doğmaqdır.

Özünü ifadə hər vəziyyətdə ehtiyacın olduğu kimi davranmaqdır: bəzən bir duruş, bəzən bir baxış, bəzən bir təbəssüm, bəzən isə cəsarətlə deyilən bir "hə" və ya "yox".

Özünü ifadə ilk növbədə özünə qarşı dürüst olmaqdır.

Özünü ifadə sevilməmək, bəyənilməmək və ya anlaşılmamaq qorxusuna baxmayaraq özün olmağı seçməkdir.

Özünü ifadə həyat səhnəsində baş rolun sahibi olduğunu dərk etməkdir.

Özünü ifadə öz rəngini tapmaq və onu cəsarətlə yaşamaqdır.

Özünü ifadə azad və sərbəst şəkildə "hə""yox" deyə bilməkdir.

Özünü ifadə uşaqlar kimi özün olmaqdan zövq almaqdır.

Özünü ifadə şəffaf olmaq, daxilində nə varsa, davranışlarında da onu əks etdirməkdir.

Çünki insanın ən böyük rahatlığı özünü gizlətməyə ehtiyac duymadığı anda başlayır.

Mənə görə, özünü ifadə sadəcə bir bacarıq deyil.

Özünü ifadə yaşamaq sənətinin açarıdır.

Digər yazılar
WhatsApp-da paylaş