Bütün yazılar Fikrini bildir
Niyə "Addım-addım Azərbaycan dili"?
🇦🇿 Azərbaycan dili

Niyə "Addım-addım Azərbaycan dili"?

10 Avqust 2026 2 dəq mütaliə Rəvanə Asiman

Cavab çox sadədir.

Öyrənmə A nöqtəsindən B nöqtəsinə çatmaq üçün qət edilən bir yoldur. Bu yol fiziki deyil, zehni yoldur. Bütün yollarda olduğu kimi, bu yolu qət etmək üçün də addımlar atmaq lazımdır. İlk addım isə yolun başlanğıcından sonunadək atılacaq addımları bir-bir müəyyənləşdirmək və planlaşdırmaqdır.

Əgər yol bəllidirsə, yol xəritəmiz varsa, hədəf müəyyən edilibsə və bu yolda bizə bələdçilik edən bir insan varsa, sizə sadəcə addımları atmaq qalır.

Mən bu yolda sizin üçün yol xəritəsini addım-addım hazırlayıram və sizə bələdçilik edirəm.

Hər yolun öz qaydaları olduğu kimi, bu yolun da öz qaydaları var. Bu prinsiplərə əməl edərək addımları atsanız, hədəfinizə çatacağınıza inanıram.

Addım-addım metodunun prinsipləri

  • Hər addımı bütün diqqətinizlə atın.

  • Hər addımı atarkən, hər mövzunu öyrənərkən onu dünyadakı yeganə mövzu kimi qəbul edin. Bütün diqqətinizi həmin mövzuya yönəldin və heç bir boşluğa imkan verməyin.

  • Yalnız hazırkı addımı düşünün.

  • Əvvəlki və sonrakı addımları düşünmədən, yalnız hazırda atdığınız addımı mükəmməl atmağa çalışın.

  • Geriyə baxmağı unutmayın.

  • Müntəzəm olaraq keçdiyiniz yolu nəzərdən keçirin, səhvlərinizdən nəticə çıxarın və inkişafınızı müşahidə edin.

  • Boşluqlarınızı qəbul edin və tamamlayın.

  • Əgər öyrənmədiyiniz mövzular, yaranmış boşluqlar və ya peşman olduğunuz məqamlar varsa, onları yenidən öyrənmək üçün özünüzə vaxtında fürsət verin. Vaxtı doğru seçməsəniz, həmin məqamlar imtanda qarşınıza çıxacaqdır.

  • Yolun sonunu xəyal edin.

  • Hədəfə çatdığınız günü gözünüzün önünə gətirin. Bu xəyal sizə yol boyu güc verəcək və motivasiyanızı qoruyacaq.

    Həmçinin bu metodla sizə bir qızıl açar da hədiyyə edirəm. Elə bir qızıl açar ki, onunla təkcə Azərbaycan dilinin deyil, gələcəkdə öyrənmək istədiyiniz digər fənlərin və öyrənmək istədiyiniz bütün mövzuların qapısını da aça biləcəksiniz.

    Digər yazılar
    WhatsApp-da paylaş