Taksidəyəm. Taksi sürücüsü övladımı görüb dua edir:
— Allah balaları qorusun.
— Amin, - deyirəm.
Daha sonra əlavə edir:
— Allahdan hər şeyi, övladı da doğru istəmək lazımdır.
Bu mövzu nadir hallarda rastlaşdığım mövzulardan olduğu üçün ona sual verirəm:
— Necə istəmək lazımdır? İzah edə bilərsinizmi?
— Mən hərbçi idim. Allahdan həmişə doyunca yuxu istəyirdim. Deyirdim, kaş tez təqaüdə çıxaydım, doyunca yataydım.
Bir anlıq susur.
— Sonra müharibə başladı. Parça-parça oldum. Artıq hərbidə deyiləm. Doyunca yata bilirəm, amma istədiyim kimi deyil.
Yenə qısa bir sükut olur.
— Evdə qalmaqdan deyingən olmuşam. Dostumun məsləhəti ilə taksi sürücüsü işləməyə başladım.
O həyat hekayəsinə davam edirdi. Özünü ifadəyə dair dürr kimi sözlər süzülürdü qəlbindən. Mən isə indiyədək istədiklərimin necəliyi haqqında düşünürdüm...