Bütün yazılar Fikrini bildir
✈️ Öyrənmə yolu

İki cığır

10 Avqust 2026 2 dəq mütaliə Rəvanə Asiman

Hədəf birdir. Ora aparan iki cığır var. Biri dolanbac, digəri isə kəsə.

Dolanbac cığır ona görə məşəqqətlidir ki, yol boyu diqqəti özünə çəkən saysız-hesabsız işarələr var. Hər işarədən bir söz asılıb: rəqabət, başqaları, müqayisə, qorxu, səhv, uğursuzluq, gecikmək, mükəmməllik, zəiflik, məğlubiyyət, peşmanlıq, qərarsızlıq, yuxusuzluq, hərəkətsizlik, bəhanələr, şübhə, yorğunluq, təsdiq gözləmək...

Kəsə cığır isə ona görə kəsədir ki, orada diqqəti özünə çəkən cəmi bir işarə var.
Üzərində tək bir söz yazılıb: Sən
Birinci cığırı seçənlər enerjilərini yol boyu qarşılarına çıxan işarələrə sərf edirlər. Nəticədə ya hədəfə bezgin, əzgin halda çatır, ya da istədikləri nəticəni əldə edə bilmirlər.
İkinci cığırı seçənlər isə enerjilərini özlərinə sərf edirlər. Nəticədə həm hədəfə çatır, həm də özlərinin daha güclü, daha yetkin və daha yaxşı bir versiyası ilə tanış olurlar.

Digər yazılar
WhatsApp-da paylaş