Bütün yazılar Fikrini bildir
Candan dərslər II
🎞️ Yaşamaq sənəti

Candan dərslər II

10 Avqust 2026 2 dəq mütaliə Rəvanə Asiman

Onun bir günü o biri gününə bənzəmir. Onu bir qəliblərə salmaq qeyri-mümkündür.

Bir gün çox yatır, sevinirəm. Ətrafımdakı insanlarla sevincimi bölüşürəm ki, balamın yuxu problemi yoxdur. Növbəti gün daha az yatır.

Bir gün sakit, bir gün daha əsəbi reaksiyalar verir, növbəti gün gülüş səsləri o biri otaqdan eşidilir.

Bəzi günlər çox yatır, bəzi günlər çox yeyir, bəzi günlər isə çox oynayır.

Yəni heç bir günü əvvəlki günə, keçmişə ilişib qalmır. Keçmişə ilişib qalmağa, adının qarşısına "əsəbi", "güləyən", "tənbəl", "yuxulu" kimi sifətlər yapışdırmağa imkan vermir, çünki təbiidir, özü kimidir, yaradılışı kimidir. Düşüncə qəlibləri yoxdur.

Ən əsası isə keçmişlə deyil, bu günlə, bu anla yaşayır.

Ondan bunları öyrənsəm, adımın qarşısına yapışdırdığım sifətlərdən də azad olacağam.

Axı onlar bugünkü Rəvanəyə deyil, dünənki Rəvanəyə aiddir...

Digər yazılar
WhatsApp-da paylaş