Ona “fənn” kimi baxma. Çünki fənn kimi baxsan, bir neçə il sonra unudacağın qaydalar toplusuna çevriləcək.
Bu dili ömrünü ona həsr etmiş şairlərin, yazıçıların, alimlərin mirası kimi düşün və ona sadiqliklə sahib çıx.
Gələcəkdə olmaq istədiyin insanın nitqini təsəvvür et. Onun danışığını, diksiyasını, söz seçimlərini öz içində formalaşdır.
İş həyatında güclü və savadlı nitq üçün bu dilin qaydalarını öyrən.
Hər kəsin heyranlıqla dinləyəcəyi bir insan olmaq üçün bu dilin səsini, ritmini hiss et.
Sevdiklərinə toxunan məktublar yaza bilmək üçün isə bu dilin obrazını öyrən.
Unutma, dil ən güclü özünü ifadə vasitəsidir.